23 may 2023, 13:25

Nigar Rzayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyiniz diqqət və qayğı bu sahənin günü-gündən inkişaf etməsinə xidmət edir.

Biz sənət adamları dövlətin qayğısını hər zaman hiss edirik və bilirik ki, bizə göstərilən qayğı davamlıdır. Sizin qayğınız sayəsində mədəniyyətimiz dünyada daha da tanındı. İmzaladığınız sərəncamlar təkcə Azərbaycan mədəniyyətinə deyil, bütün dünya mədəniyyətinə, incəsənətinə olan sevgi və rəğbətin təzahürüdür.

Növbəti Sərəncamınızla mənim də əməyimi yüksək qiymətləndirərək verdiyiniz dəyərə görə Sizə dərin minnətdarlığımı bildirir, doğma Azərbaycanımızın çiçəklənməsi, mədəniyyətimizin, incəsənətimizin daha da inkişaf etməsi naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Rzayeva Nigar, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasəsi, Əməkdar artist, Prezident mükafatçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri.