22 may 2023, 13:02

Nihad İsmayılzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Xahişimizə diqqətlə yanaşılaraq, işıqla və sosial yardımla təmin edildiyimiz üçün mən və ailəm Sizə minnətdarıq.

Sizin uğurlu sosial siyasətiniz əhali üçün böyük köməkdir, vətəndaşların sosial vəziyyətinin ildən-ilə yaxşılaşmasına səbəb olur. Sizin rəhbəri olduğunuz Azərbaycan digər dövlətlər üçün nümunəyə çevrilmişdir.

Siz öz müdrik siyasətiniz, şəxsi keyfiyyətləriniz və yüksək mənəviyyatınız sayəsində bütün Azərbaycan xalqının böyük hörmətini qazanmısınız.

Yolunuz hər zaman işıqlı olsun!

Hörmətlə,

İsmayılzadə Nihad Seymur oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.