22 may 2023, 14:49

Fidan Nəsirlidən, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycanda dövlət gənclər siyasətinin banisi, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, 2023-cü ilin “Heydər Əliyev İli” kimi qızıl hərflərlə tarixə yazılması bizim üçün çox qürurverici hadisədir. Ümummilli Liderimiz gənclərə hər zaman etimad göstərmişdir ki, bu gün həmin etimad öz təsdiqini tapmaqdadır.

Biz özümüzü xoşbəxt gənclər hesab edir, Sizin rəhbərliyiniz altında dövlətimizin gənclərlə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndiririk.

Gənclərə göstərilən etimadı bundan sonra da öz əməli fəaliyyətimizlə layiqincə doğrultmağa çalışacağıq.

Cənab Prezidentimiz, biz gənclər Sizin ətrafınızda sıx birləşmişik.

Bu birliyi heç kim poza bilməz!

Bu birlik sarsılmazdır!

Hörmətlə,

Nəsirli Fidan Elbrus qızı

Azərbaycan Respublikası, Bərdə şəhəri.