22 may 2023, 11:48

Anar Şahverdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan!

Dövlətimizin çiçəklənməsi, müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşdırılması istiqamətində yorulmadan apardığınız məqsədyönlü siyasəti dəstəkləyir, bu sahədə yeni-yeni uğurlara müvəffəq olmağınızı Uca Allahdan diləyirəm.

Rəbbim Azərbaycanımızı hər daim qoruyub gücləndirsin, dövlətimizə zaval verməsin, Sizin rəhbərliyiniz altında dövlətimizin gücünü-qüvvətini daha da artırsın, Sizin kölgənizi başımız üzərindən əskik etməsin.

Hər zaman dualarımızdasınız, cənab Prezident.

Sevgi və hörmətlə,

Şahverdiyev Anar, Laçın şəhər sakini.

Azərbaycan Respublikası, Bakı şəhəri.