20 may 2023, 15:20

Zülfiyyə Qarayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, Vətən müharibəsinin şəhidi Amil Rasim oğlu Hüseynovun övladı Hüseynli Elcanın anası kimi, Sizə bu məktubu yazıram.

Şəhid ailələrinin yaşayışının yaxşılaşdırılması məqsədilə verdiyiniz sərəncamlara uyğun olaraq, Sizin diqqət və tapşırığınız nəticəsində şəhid əmanəti Hovsan yaşayış kompleksində, Ulu Öndər Heydər Əliyevin doğum günündə mənzillə təmin olunub. Həmin gün övladımın sevincinin həddi-hüdudu yox idi, sevinci sevincə qarışmışdı. Buna görə həm öz adımdan, həm də şəhid əmanəti Hüseynli Elcanın adından Sizə çox-çox təşəkkür edirəm.

Allah Sizdən razı olsun, Sizə uzun və sağlıqlı ömür nəsib etsin. Nə xoş bizə ki, ölkəmizə Ümummilli Lider Heydər Əliyevin Sizin kimi layiqli davamçısı rəhbərlik edir.

Sizə daim uğurlar arzu edirəm. Var olun.

Hörmətlə,

Qarayeva Zülfiyyə İntiqam qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.