19 may 2023, 14:10

Xanlar Bəşirovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz daimi qayğı və diqqət bu sahələrin inkişafına əvəzsiz töhfədir. Bu diqqətdən və qayğıdan mənə də pay düşmüşdür. Sizin tərəfinizdən Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməyim məni qəlbən sevindirdi.

Əziz Prezidentimiz, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Xalqımızı bundan sonra da yaradıcılıq uğurlarımla sevindirməyə çalışacağam.

Hörmətlə,

Bəşirov Xanlar, Azərbaycan Dövlət Rəqs Ansamblının quruluşçu baletmeysteri, Əməkdar artist, Prezident mükafatçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri.