18 may 2023, 12:34

Şükür Səmədov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Sizin diqqət və qayğınızı daim görür, öz gündəlik fəaliyyətimizdə hiss edirik. Sizin bir neçə gün bundan əvvəl imzaladığınız Sərəncamınızla biz Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülmüşük. Bu mükafatı əməyimizə verilən qiymətlə yanaşı, həm də gələcək yaradıcılıq uğurlarımızın təməl daşı hesab edirik.

Ümummilli Liderimiz Heydər Əliyev kimi, Siz də Azərbaycan mədəniyyətinə və incəsənətinə daim qayğı ilə yanaşırsınız. Bu sahələrdə çalışan insanlar bu qayğını, ümumilikdə doğma Vətənimiz üçün gördüyünüz məqsədyönlü işləri yüksək qiymətləndirirlər.

Cənab Prezident, bizi mükafata layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Prezident mükafatçıları:

Səmədov Şükür, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru, Xalq artisti

Mehmandarov Mustafa, Orkestrin dirijoru

Rəsulov İsrafil, Orkestrin üzvü

Salmanov Nicat, Orkestrin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.