16 may 2023, 19:03
Mirhəşim Şərifovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin apardığınız islahatları hər zaman izləyir və dəstəkləyirik. Bu islahatların müsbət nəticələri göz önündədir. Ölkəmizin iqtisadi qüdrəti artır və bunun hesabına əhalinin sosial vəziyyəti yaxşılaşır.
Sizin sayənizdə respublikamızın hər bir bölgəsi kimi, Cəlilabadımız da gündən-günə gözəlləşir, abadlaşır.
Allah Sizi qorusun. Gələcək işlərinizdə Sizə uğurlar arzu edirəm.
Hörmətlə,
Şərifov Mirhəşim.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Komanlı kəndi.