13 may 2023, 14:35

Möhübbət Bədəlov və başqalarından, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Sizin Sərəncamınızla 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması xalqımıza böyük sevinc bəxş etdi. Bununla bağlı keçirilən mötəbər tədbirlər bizə bir daha bu fenomenal insanın siyasi fəaliyyətinin öyrənməyə imkan verdi.

Bu il Azərbaycan tarixi və xalqı üçün çox əlamətdar bir ildir. Ümummilli Liderimizin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri misilsizdir və heç zaman unudulmayacaq. Çox şadıq ki, Siz onun yolunu uğurla davam etdirir, xalqımız üçün yorulmadan çalışırsınız.

Bu gün Sizin rəhbərliyinizlə Naftalanda və ümumilikdə regionlarımızda həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. Buna görə şəhər ağsaqqalları adından Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Allah Sizi qorusun, cənab "dəmir yumruq"lu İlham Əliyev!

Hörmətlə,

Bədəlov Möhübbət

Həsənov Səməd

Bayramov Əbülfət

Həsənov Qasım.

Azərbaycan Respublikası, Naftalan şəhəri.