05 may 2023, 19:15

Fatma Hüseynovadan, Sabirabad, Azərbaycan

Azərbaycan xalqının xilaskarı və ümidi, möhtərəm cənab Prezident.

Azərbaycan adlı məmləkətimiz son 200 ildə torpaqlarını itirə-itirə gəlmişdi. Sizin müdrikliyiniz, qətiyyətiniz, qüdrətiniz sayəsində torpaqlarımız geri alındı. Talan edilən torpaqlarımızda Sizin sayənizdə sürətli abadlıq işləri gedir. Siz mütəmadi olaraq Azərbaycanın hər bir rayonuna səfərlər edir, bölgələrin sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayırsınız.

Möhtərəm cənab Prezident, Siz Sabirabad rayonunun sosial-iqtisadi inkişafına və abadlaşmasına böyük töhfələr vermisiniz. Buna görə şəxsən öz adımdan və bütün sahibkarlar adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Hüseynova Fatma, Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.