03 may 2023, 16:30

İlham Əsgərovdan, Sabirabad, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!

44 günlük şanlı Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan tarixi Qələbəmiz hər şeydən əvvəl heysiyyətimizi özümüzə qaytardı. Sizin - şöhrətli Sərkərdəmizin Vətən qarşısında xidmətlərini biz sabirabadlı ziyalılar çox yüksək qiymətləndiririk və Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görürük.

Möhtərəm cənab Prezident, işğaldan azad olunmuş yurdlarımızda bu gün böyük quruculuq işləri gedir. Sizin şəxsi göstərişinizlə Qarabağımızın gülüstana çevrilməsi üçün görülən işlər hər birimizi heyrətləndirir.

Cənab Prezident, həm ölkə daxilində, həm də xarici siyasətinizdə fədakarlığınızla yanaşı, regionların abadlaşdırılmasını da diqqətdə saxlayır, daim qayğı ilə əhatə edirsiniz. Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncamınız sevincdən gözlərimizi yaşartdı. Həmişə sevinc göz yaşları ilə ucalasınız. Əmin olun ki, qüdrətli Prezidentimizin hər zaman yanındayıq.

Allah Sizi qorusun!

Sabirabadlı ziyalılar adından hörmətlə,

Əsgərov İlham Əlihüseyn oğlu, Ziyalılar Cəmiyyəti Sabirabad rayon təşkilatının sədri.

Azərbaycan Respublikası, Sabirabad şəhəri.