18 aprel 2023, 18:08

Qabil Hüseynovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Kəndimizdə əkin sahələrini suvarma suyu ilə təmin edən 654 saylı subartezian quyusu iki il idi ki, işləmirdi, quyu su vermirdi. Çörəyi torpaqdan çıxan biz kənd adamları üçün bu hal çətinlik yaradırdı. Şəxsən mən sadə və zəhmətkeş bir vətəndaşam, ailəmin dolanışığı üçün gözümü tikdiyim yer torpaqlardır.

Sizin ayırdığınız vəsait hesabına subartezian quyusu yeniləndi. Hazırkı quyudan çox yaxşı, əkin üçün tam yararlı su çıxır. Subartezian quyusu 21 ailənin əkin və həyətyanı torpaq sahələrinin suvarılması üçün istifadə edilir. Hər dəfə torpaqlarımızı suvaranda Ulu Öndərimizin və şəhidlərimizin ruhlarına dualar edir, Sizə minnətdarlığımızı dilə gətiririk.

Bizə göstərdiyiniz qayğıya görə çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Qabil.

Azərbaycan Respublikası, Ağdam rayonu, Eyvazlı kəndi.