Mahmud Əhmədovdan, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Fəaliyyətdə olduğum bütün illərdə məhz Ulu Öndərimiz Heydər Əliyevin müstəqil dövlətçiliyimizin bərqərar olmasını reallaşdıran dövlət siyasətini ürəkdən dəstəkləmişəm və bu gün də Sizin siyasətinizi eyni fikir ucalığından alqışlayıram.
Ulu Öndər Heydər Əliyevə və Sizə olan məhəbbətimi “Zəfərlər yolu”, “Mən Azərbaycanlıyam”, “Bir ömrün ulduz yolu”, “Bir millət, iki dövlət”, “Dünyanı bəladan Türk qurtaracaq”, “Sən elə bir zirvəsən” və “Şah əsərin Azərbaycan” adlı kitablarımda dərc olunan şeir və poemalarda poetik tərzdə ifadə etmişəm. Müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq yenicə çapdan çıxmış “Sən elə bir zirvəsən” və “Şah əsərin Azərbaycan” şeirlər və poemalar kitablarını yazmışam.
Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı dövrdən respublikamızda gedən yüksəliş illəri, Azərbaycanın iqtisadi inkişafı mənə mənəvi ruh verməyə bilməzdi. Ulu Öndərin iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatına da olan böyük diqqəti mənim həmin sahəyə həvəsimi daha da artırdı. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil oldum və Quba-Xaçmaz zonasının “Tərəvəzçilik sovxozlarında əsaslı vəsait qoyuluşunun səmərəliliyinin artırılması yolları” mövzusunda dissertasiya müdafiə etdim.
Ulu Öndər Heydər Əliyev mənim əzəli-əbədi vətəndaş məhəbbətimin uca zirvəsi, Siz isə indiyə və gələcəyə olan qürur mənbəyimsiniz.
Böyük Allah Sizi qorusun! Haqq və böyük zəfərlər həmişə Sizinlə olsun!
Dərin hörmət və ehtiramla.
Əhmədov Mahmud, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, professor,
Azərbaycan Respublikası, Bakı şəhəri.