31 mart 2023, 16:00

Gülnaz Mahmudovadan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi. Siz bu şücaətiniz və qəhrəmanlığınızla Qarabağ döyüşlərində öz sağlamlığını itirən insanların yaralarına məlhəm çəkmiş oldunuz. Ailəmiz adından Sizə sonsuz minnətdarlığımızı bildirirəm.

Azərbaycanın inkişaf etmiş dünya dövlətləri arasında siyasi nüfuzunun gündən-günə artması istiqamətində çox böyük işlər görmüsünüz. Xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xalq tərəfindən təqdirəlayiq hesab olunur. Qarabağ əlillərinə və şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir.

Cənab Prezident, yoldaşım müharibə əlilidir, özüm isə ağır onkoloji əməliyyat keçirmişəm. Bütün bölgələrimizdə olduğu kimi Quba rayonunda da əlillər və şəhid ailələri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. Problemlərimizin aradan qaldırılması istiqamətində kömək göstərilir. Həmçinin rayonumuzda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bunlar hamısı Sizin xalqa olan diqqətinizin nəticəsidir. Görülən işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Mahmudova Gülnaz,

Azərbaycan Respublikası, Quba rayonu, Qacar Zeyid kəndi.