31 mart 2023, 13:20

Asəm Eyvazovdan, Laçın, Azərbaycan

Cənab Ali Baş Komandanım.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncamınız, həmçinin Güləbird və Qorçu kəndlərinin Baş planının Sizin tərəfinizdən təsdiqlənməsi, birinci mərhələdə Güləbird kəndində 2400 insanın yerləşdiriləcəyi barədə xəbər Güləbird kəndinin yetirməsi, şəhid Milli Qəhrəman Qorxmaz Eyvazovun övladı olaraq məni və ailəmi çox sevindirdi.

Azərbaycanımız Sizinlə daim uğurlu gələcəyə doğru irəliləyir.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Eyvazov Asəm, Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun övladı.

Azərbaycan Respublikası, Laçın rayonu, Güləbird kəndi.