30 mart 2023, 18:00

Misri Əhmədovadan, Naftalan, Azərbaycan

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Sizə ən xoş arzularımı çatdırıram və dərin minnətdarlığımı bildirirəm.

Yol mədəniyyətdir. Sizin rəhbərliyinizlə bu mədəniyyətin ən alisindən istifadə edirik. Ölkəmizdə beynəlxalq standartlara cavab verən yolların tikintisini əsas məsələ kimi, daim gündəmdə saxlayırsınız. Bu gün nəinki paytaxta, respublikamızın ən ucqar kəndlərinə belə müasir, beynəlxalq standartlara cavab verən yollar çəkilib. Bu da əhalinin rahat gediş-gəlişinin təmin olunmasına bir töhfədir.

Bir neçə gün bundan əvvəl, yaşadığım Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən keçən Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışını etdiniz. Uğurlu olsun!

İllərlə həsrətində olduğumuz torpaqlarımıza, doğma Qarabağımıza yenidən getmək, özü də belə gözəl, təhlükəsiz, rahat yollarla getmək imkanına Sizin uzaqgörən siyasətiniz sayəsində nail olduq.

Qaşaltılılar adından Sizə sonsuz minnətdarlığımı və ehtiramımı bildirirəm.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Əhmədova Misri Qəmbər qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi.