29 mart 2023, 16:07

“Qarabağ Qaziləri” İctimai Birliyinin Mingəçevir şəhər filialının idarə heyəti və üzvlərindən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

“Qarabağ Qaziləri” İctimai Birliyi Ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış Qarabağ qazilərini, şəhid ailələrini, müharibə veteranlarını birləşdirir. Birliyimizin məqsədi, məramı dövlətçiliyə dəstək olmaqla bərabər, Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir.

Hörmətli cənab Prezident, Sizin sayənizdə Azərbaycan günü-gündən çiçəklənir və inkişaf edir. Bütün bunlara, həmçinin Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyiniz xüsusi qayğı və səmimi münasibətə görə bu zümrələrdən olan bütün vətəndaşlar adından Sizə minnətdarlığımızı bildiririk.

Biz Qarabağ qaziləri də həmişə Sizinləyik.

Hörmətli cənab Prezident, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ölkəmiz üçün gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

“Qarabağ Qaziləri” İctimai Birliyinin Mingəçevir şəhər filialının idarə heyəti və üzvləri adından.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.