30 mart 2023, 12:10

Aylin Novruzovadan, Balakən, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandanımız.

Qətiyyətinizlə xalqımızı birləşdirərək düşmənə qalib gəldiyinizə, Vətən torpaqlarını azad etdiyinizə görə Sizi hörmətlə salamlayır, qarşınızda baş əyir və minnətdarlığımı bildirirəm.

Siz müstəqil Azərbaycanın güclü rəhbəri kimi qələbə əzmini qarşıya məqsəd qoydunuz və qazanılan Zəfərlə tarix yazdınız. Bununla da nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da milyonların sevgisini qazandınız.

Mən sıravi vətəndaş olaraq Sizinlə qürur duyuram. Uca Rəbbim ömrünüzü uzun, canınızı sağlam, həyatınızı hər zaman firavan etsin.

Allah Sizi və əziz Mehriban xanımı ölkəmizin üstündən əksik etməsin!

Hörmətlə,

Novruzova Aylin Qəhrəman qızı

Azərbaycan Respublikası, Balakən rayonu.