29 mart 2023, 18:23

Nəsibə İsmayılovadan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup ziyalı xanımı "Tərəqqi" medalı ilə təltif etdiniz. Medala layiq görülən xanımlar sırasında öz adımı görəndə sevincimin həddi-hüdudu olmadı.

Hörmətli Cənab Prezident.

Məni də bu yüksək ada layiq gördüyünüz üçün Sizə şəxsən özümün və ailə üzvlərimin adından sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm.

Uca Tanrı Sizi, xalqımızı, Vətənimizi qorusun!

Hörmətlə,

İsmayılova Nəsibə İsrafil qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.