18 mart 2023, 18:20

Rövşən Abduləzizovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Gözəl yurdumuz Azərbaycanımızın dilbər guşəsi Qarabağ bölgəsinin düşmən tapdağından azad edilməsində iştirak etmiş, həmin dövrdə döyüş yolu keçmiş vətəndaş kimi bu gün də həmin Zəfər günlərini yada salaraq qürur hissi keçirirəm. Qürur hissi keçirirəm həm də ona görə ki, biz qazilərin qayğıları ilə daim maraqlanır və bizimlə təmasda olurlar. Bunun əyani sübutu kimi, 2022-ci ilin sonunda dövlətimiz tərəfindən mənə mənzil təqdim olunmasını göstərə bilərəm. Həmin hadisədən bir ay sonra ailə həyatı quraraq yeni mənzildə yaşamağa başlamışam.

Bir vətəndaş kimi mənə və mənim kimi digər qazilərimizə göstərilən qayğı və diqqətə görə Sizə və ailənizə möhkəm cansağlığı, çiçəklənən Azərbaycanımızın rifahı uğrunda gördüyünüz işlərdə və apardığınız siyasətdə uğurlar arzulayıram.

Hörmətlə,

Abduləzizov Rövşən Nazim oğlu,

Vətən müharibəsi qazisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.