Vüsal Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Mən Vətən müharibəsi əliliyəm. Sizə bütün Vətən müharibəsi qaziləri adından dərin minnətdarlığımı bildirirəm.
Sizin göstəriş və tapşırıqlarınız nəticəsində biz qazilər daim diqqət mərkəzindəyik. Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü və müavinətlərlə təmin edilirik. Bu sosial ödənişlər mütəmadi artırılır. Qazilər və onların ailə üzvləri üçün nəzərdə tutulan güzəştlər, ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan qazi övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar qazi ailələrinin firavan yaşaması üçün dövlətimizin atdığı ən önəmli addımlardandır.
Siz bizim ailəmizə sevinc bəxş edərək bizi mənzillə təmin etdiniz. Bu, Sizin diqqət və qayğınızın təzahürüdür. Sizin sərəncamlarınızla mən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişəm.
Əziz Prezidentimiz, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Hörmətlə,
Əliyev Vüsal Şixəli oğlu, Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.