17 mart 2023, 13:23

Əli Bayramovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Vətənimiz Azərbaycan üçün gördüyünüz misilsiz işlər bizə hər zaman ruh yüksəkliyi bəxş etmişdir. Əldə olunan saysız-hesabsız uğurlarla öyünür, doğma yurdumuzun gələcəyinə böyük nikbinliklə baxırıq.

Bizim ailə də vətənpərvər insanlardan ibarətdir. Mən və oğlum Birinci Qarabağ müharibəsinin iştirakçılarıyıq. Oğlum düşmənə qarşı döyüşdə xəsarət alaraq 1-ci qrup əlil olmuşdur.

Əziz Prezidentimiz, vaxtilə tədbirlərin birində Sizinlə səmimi görüşümü hər zaman xoş duyğularla xatırlayıram. Görüş zamanı Siz mənə sərbəstlik verdiniz, sözlərimi, fikirlərimi rahat çatdıra bildim.

Bu məktubu yazmaqda məqsədim, bir daha Sizə xoş duyğularımı ifadə etmək, həmçinin oğlumun müalicəsinə göstərilən köməyə görə minnətdarlıq etməkdir.

Allah Siz başda olmaqla, bizim kimi vətəndaşlara öz köməyini əsirgəməyən insanları qorusun.

O gün olsun ki, Sizi Zəngilanda çay süfrəsinə qonaq edim. Amin!

Hörmətlə,

Bayramov Əli,

Birinci Qarabağ müharibəsinin veteranı, Zəngilan rayon sakini.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.