15 mart 2023, 18:35

Sadiq Kərimlidən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Qarabağ torpaqlarını özümüzə qaytarmaqla tariximizi geri qaytardınız, Azərbaycanın qədim tarixi abidələrini düşməndən xilas etdiniz. Bunun üçün Sizə minnətdarıq.

Biz xoşbəxt xalqın nümayəndələriyik. Sizin media nümayəndələrinə verdiyiniz müsahibələri dinlədikcə daha çox qürurlanıram. Uğurlu xarici siyasətinizdə Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu görürük.

Gələcək fəaliyyətinizdə Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Kərimli Sadiq Vüqar oğlu, sahibkar.

Azərbaycan Respublikası, Şirvan şəhəri.