16 mart 2023, 13:05

Vüsalə Qurbanovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyiniz ilə mədəniyyət sahəsində çox ciddi islahatlar aparılır və bu islahatlar gözəl nəticələr verir. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışan nümunəvi mədəniyyət işçilərinin sayının getdikcə artdığını görürük.

Möhtərəm Prezidentimiz, biz həmişə Sizin dəstəyinizə arxalanmışıq. Sizin düşünülmüş islahatlarınız və müdrik qərarlarınız mədəniyyətimizə yeni nəfəs gətirib.

Mədəniyyət işçiləri dövlət qayğısı ilə əhatə olunublar. Sizin və Mehriban xanımın ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında bir çox görüşləriniz olub.

Siz mədəniyyət və incəsənət xadimlərini hər zaman diqqətdə saxlayır, onları layiqincə dəyərləndirirsiniz.

Möhtərəm Prezidentimiz, mədəniyyət sahəsinə hər zaman verdiyiniz dəstəyə görə, bu sahədə çalışan minlərlə işçi adından Sizə şəxsən dərin minnətdarlığımı bildirirəm.

Sizi, ailənizi və ümumilikdə Azərbaycan xalqını müqəddəs bayramımız olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Eviniz hər zaman bol ruzi-bərəkətli olsun.

Sizə bir daha minnətdarlığımı bildirir, işlərinizdə hər zaman müvəffəqiyyətlər arzulayıram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Qurbanova Vüsalə Balamməd qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.