13 mart 2023, 16:32

Sirac Cəfərlidən, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin apardığınız müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Elə təkcə bu ay Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşü və X Qlobal Bakı Forumu dediklərimi aydın təcəssüm etdirir. Bu mötəbər beynəlxalq tədbirlərdə dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin iştirakı, Bakıda qlobal çağırışların səsləndirilməsi həm ölkəmizin böyük nüfuzunu, həm də Azərbaycanın dünya ölkələri üçün çox etibarlı tərəfdaşa çevrildiyini göstərir. Biz bu nüfuzu, bu etibarı məhz Sizin – sözü ilə əməli bir olan, “Sözümüz imzamızdır” – deyən müdrik Prezidentimizin sayəsində qazanmışıq.

Bütün bunlar və Vətən müharibəsində qazanılmış Qələbə biz keçmiş məcburi köçkünləri sevindirərək, müstəqil Azərbaycan Respublikasının daha gözəl gələcəyinə inamımızı artırmışdır.

Sizə minnətdarlığımı bildirirəm, cənab Prezident.

Biz hər zaman Sizin yanınızdayıq.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Sirac Cəfərli

Xocalı şəhər sakini

Azərbaycan Respublikası, Goranboy rayonu.