13 mart 2023, 13:20

Asif Əliyevdən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezidentimiz.

Biz Xəzər rayonunun sakinləri, ilk növbədə, Sizinlə – dünya səviyyəsində tanınan və sözünü deyən Prezidentimizlə qurur düyürük. Hər bir vətənpərvər Azərbaycan vətəndaşının Sizinlə fəxr etməyə haqqı var. Azərbaycanın müasir formada gözəlləşməsində böyük zəhmətiniz olduğu üçün biz vətəndaşlar Sizə təşəkkür edirik.

Cənab Prezident, Sizin tapşırıqlarınıza və tövsiyələrinizə uyğun olaraq şəhid ailələri, qazilər və müharibə veteranları hər yerdə böyük hörmətlə qəbul olunur, qarşılaşdıqları çətinliklər aradan qaldırılır, onların qayğısına qalınır.

Fürsətdən istifadə edərək, Azərbaycanın gözəl adət-ənənəsi olan, müqəddəs Novruz Bayramı münasibətilə Sizi və bütün ailə üzvlərinizi təbrik edirik.

Sizin varlığınız bizim azadlığımızdır.

Biz həmişə Sizinləyik, cənab Prezidentimiz.

Xəzər rayonunun sakinləri adından hörmətlə,

Asif Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.