14 mart 2023, 13:05

Tahir Hüseynovdan, Bakı, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz.

Hər zaman xalqımızı düşündüyünüzə, onun mənafeyi naminə yorulmadan çalışdığınıza və məqsədyönlü tədbirlər həyata keçirdiyinizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Xalqımız üçün gördüyünüz misilsiz işlər xalqa bəslənən məhəbbətdən və ürəyinizin böyüklüyündən xəbər verir. Düşmənlər nə qədər çalışsalar da, Sizə qalib gələ bilməzlər. Siz Vətən müharibəsi dövründə həm hərbi, həm də siyasi və diplomatik sahələrdə göstərdiyiniz böyük qətiyyətlə, şücaətlə bunu bir daha sübut etdiniz.

Allah Sizi qorusun.

Dərin hörmətlə,

Tahir Hüseynov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.