11 mart 2023, 15:46

Çingiz Quliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim oğlum şəhid olandan bu günədək daim Sizin qayğınızla əhatə olunmuşuq. Buna görə Sizə minnətdarlığımı bildirirəm.

Bu yaxınlarda ailəmə bəslənən diqqətin bir daha şahidi oldum. Yaşadığım Gəncə şəhəri Məhsəti qəsəbəsində fərdi yaşayış evinin sənədləşdirilməsinə kömək göstərilməsi barədə müraciətimə operativ baxıldı və məsələ tez bir zamanda öz müsbət həllini tapdı.

Əziz Prezidentimiz, bütün bunlar Sizin şəhid ailələrinə olan diqqətinizdən irəli gəlir, şəhid ailələrinə kömək göstərilməsi barədə tapşırıqlarınızın müsbət nəticəsini görürük. Bir daha Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Çingiz Quliyev

Şəhid atası

Azərbaycan Respublikası, Gəncə şəhəri, Məhsəti qəsəbəsi.