10 mart 2023, 19:01

Cahan Abdullayevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Müzəffər Ordumuz Sizin rəhbərliyinizlə işğal altında olan doğma Qarabağımızı 44 gün ərzində azad etdi. Bu Qələbə Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı.

Sizin rəhbərliyinizlə bu şərəfli tarixi yazan qəhrəmanlarımız əbədi olaraq qəlbimizdə yaşayacaqlar.

Sizin və Mehriban xanımın çoxşaxəli fəaliyyətində şəhid ailələrinə, qazilərə, həmçinin aztəminatlı ailələrə diqqət və qayğı xüsusi yer tutur. Mənim qızım Damla Heydərova Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat olundu və sağlamlığına qovuşdu. Hazırda səhhəti qənaətbəxşdir.

Hər zaman əhatə olunduğumuz diqqət və qayğıya görə Sizə təşəkkür edir, “çox sağ olun” deyirik.

Allah Sizi qorusun.

Hörmətlə,

Cahan Abdullayeva

Azərbaycan Respublikası, Gəncə şəhəri.