10 mart 2023, 13:07

Aynurə Hüseynovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin diqqət və qayğınız sayəsində Gəncə şəhəri gündən-günə gözəlləşir. Şəhərimizdə abadlıq-quruculuq işləri hazırda davam etdirilir. Yeni yaşıllıq zolaqları qurulur, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Qədim Gəncə şəhəri bu gün özündə qədimliyi və müasirliyi birləşdirir.

Hörmətli Prezidentimiz, mən bir Gəncə sakini olaraq şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Aynurə Hüseynova

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi.