02 mart 2023, 19:00

Şəfəq Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz müəllimlərə göstərdiyiniz diqqət və qayğı üçün Sizə minnətdarlığımı bildirirəm.

Ulu Öndər Heydər Əliyev kimi, Siz də müəllim adını hər zaman uca tutur, bu peşə sahiblərindən öz qayğınızı əsirgəmirsiniz. “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” 2023-cü il 23 fevral tarixli Sərəncamınız bu dediklərimi bir daha sübut edir. Sizin qayğınız bizə ruh yüksəkliyi verir, işimizə daha da həvəsləndirir.

Əziz Prezidentimiz, Sizə bir daha minnətdarlığımı bildirir, işlərinizdə hər zaman müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Şəfəq Məmmədova

Füzuli şəhər sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu