27 fevral 2023, 11:19
Xəyalə İbrahimova və Sevinc Mürsəlovadan, Bakı, Azərbaycan
Salam cənab Prezident.
“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” 2023-cü il 23 fevral tarixli Sərəncamınıza görə biz müəllimlər Sizə minnətdarlığımızı bildiririk.
Müəllimlərin əmək haqlarının növbəti dəfə - 10 faiz artırılması bu məslək sahiblərinin güzəranının daha da yaxşılaşmasına bir töhfədir. Sizin təhsilə, müəllimlərə verdiyiniz önəmi hər zaman yüksək qiymətləndiririk.
Hörmətlə,
Xəyalə İbrahimova
Sevinc Mürsəlova
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.