“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

09 fevral 2023, 15:09

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 44.2-1-ci, 50.1-1-ci, 57.2-1-ci, 60.3-1-ci və 84.1-1-ci maddələr əlavə edilsin:

“44.2-1. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”;

“50.1-1. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçı kimi təsis edilmiş hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçı kimi təsis edilmiş hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”;

“57.2-1. Müddətsiz lisenziyanın verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.”;

“60.3-1. Lisenziyanın yenilənməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.”;

“84.1-1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığorta vasitəçisi olmaq istəyən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığorta vasitəçisi olmaq istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”.

2. 45.2-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. 46.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4. 51.2-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

5. 52.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

6. 57.4-cü maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 57.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

7. 85.1-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 84.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm...

18 mart 2023, 19:05
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:21
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

18 mart 2023, 18:21
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:19
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti...

18 mart 2023, 18:19
SƏNƏDLƏR Fərmanlar 18 mart 2023
18:17
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti...

18 mart 2023, 18:17
SƏNƏDLƏR Sərəncamlar 17 mart 2023
15:28
E.N.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                               

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra...

17 mart 2023, 15:28