“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

09 fevral 2023, 14:55

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692, № 10, maddə 872; 2006, № 12, maddə 1007; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2011, № 2, maddə 71; 2013, № 12, maddə 1491; 2015, № 2, maddə 73; 2016, № 3, maddə 415; 2017, № 5, maddə 686; 2019, № 1, maddə 33; № 11, maddə 1691; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897, № 12, maddə 1317) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-1.2.1-ci və 4-2.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

2. 8.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

SƏNƏDLƏR Qanunlar 14 yanvar 2025
17:54
“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

14 yanvar 2025, 17:54