“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

08 fevral 2023, 16:20

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci

bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 2, maddə 40; 1994, № 18, maddə 246; 1995, № 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 241; 2004, № 7, maddə 505; 2006, № 6, maddə 478; 2007, № 2, maddə 74; 2015, № 3, maddə 256; 2018, № 4, maddə 648, № 12 (I kitab), maddə 2511) 8-ci maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

SƏNƏDLƏR Sərəncamlar 28 mart 2023
13:06
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası...

28 mart 2023, 13:06
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm...

18 mart 2023, 19:05