Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

30 dekabr 2022, 15:20

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298) aşağıdakı məzmunda 35.4-1-ci maddə əlavə edilsin:

“35.4-1. Banklar apardıqları valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər.”.

Maddə 2. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604; 2007, № 5, maddə 442; 2008, № 11, maddə 958; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1148; 2016, № 3, maddə 409, № 10, maddə 1602; 2017, № 1, maddə 6, № 11, maddələr 1957, 1960, № 12 (I kitab), maddə 2223; 2018, № 7 (I kitab), maddə 1390; 2019, № 1, maddə 32; 2021, № 12, maddə 1298) aşağıdakı məzmunda 13-4.2-1-ci maddə əlavə edilsin:

“13-4.2-1. Milli operator apardığı valyuta əməliyyatları barədə məlumatı “Valyuta tənzimi haqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edir.”.

Maddə 3. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 480; 2014, № 7, maddə 773; 2018, № 5, maddə 856; 2022, № 8, maddə 831) 13.2.2-ci maddəsinə “dövlət” sözündən sonra “orqanları (qurumları)” sözləri əlavə edilsin.

Maddə 4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 617-VIQD və 620-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 430.3-cü maddəyə “Müvəkkil banklar” sözlərindən sonra “və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 439-1-ci maddə əlavə edilsin:

“Maddə 439-1. Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması

Valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2022-ci il

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49