“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri

27 dekabr 2022, 21:50

Azərbaycan Respublikasının

2022-ci il 20 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Medalın ümumi təsviri

“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, “ASAN xidmət” embleminin elementi olan guşələri pilləvari səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Medalın ön tərəfinin mərkəzində üç sətrə bölünməklə “ASAN XİDMƏT” İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri həkk olunmuşdur.

2.3. Medalın ön tərəfində olan bütün yazılar və təsvirlər relyeflidir, tünd qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində ulduzun üzərində xarici çevrə ilə konturlanmış dairənin üst hissəsində bir qədər tünd qızılı rəngdə “asan xidmət” sözləri, mərkəzində isə qızılı rəngin çalarlarından istifadə olunmaqla əməkdaşlıq simvolu əks olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

3.3. Medalın arxa tərəfi hamar səthlidir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 21 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 4 mm enində qızılı rəngli və 4 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli lövhə bərkidilmişdir.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49