Elmir Nəsirovdan, Goranboy, Azərbaycan
Möhtərəm cənab Prezident.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Sizin də uğurla davam etdirdiyiniz xarici və daxili siyasət bu gün öz bəhrəsini verməkdədir. Mənfur qonşularımız ermənilər tərəfindən otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində 44 gün ərzində azad edilməsi bunun bariz nümunəsidir. Vətən müharibəsində şəhid olan əsgər və zabitlərin ailələrinin və qazilərimizin bütün problemləri Sizin yüksək diqqətiniz nəticəsində həllini tapır.
Bildirirəm ki, mənim də oğlum – Goranboy rayonu, Borsunlu kənd sakini Elmar Nəsirov cənab Ali Baş Komandanın əmri ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılmış oktyabrın 26-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. O, “YAŞAT” Fondu tərəfindən 2021-ci il martın 25-də müalicə üçün qardaş Türkiyə Respublikasına yola salınmışdır. İki ilə yaxındır ki, müalicəsi Fond tərəfindən davam etdirilir, hərbi-həkim komissiyasının rəyinə əsasən 1-ci qrup əlillik dərəcəsi verilmişdir.
Cənab Prezident, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu münasibət Sizə və dövlətimizə olan inamımızı daha da artırır.
Hörmətlə,
Nəsirov Elmir İsrail oğlu
Azərbaycan Respublikası, Goranboy rayonu, Borsunlu kəndi.