15:35
PDF yükləyin
27 noyabr 2024, 15:35Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2004-cü il 6 yanvar tarixli 575-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 14) ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. I hissənin 15-ci bəndində “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
1.2. II hissə üzrə:
1.2.1. 9-cu maddədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
1.2.2. 10-cu maddənin birinci hissəsinin 1-ci abzasında “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
1.2.3. 15-ci maddə üzrə:
1.2.3.1. adında “Əlil” sözü “Əlilliyi olan” sözləri ilə əvəz edilsin;
1.2.3.2. birinci hissədə və həmin hissənin 1-ci abzasında “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
1.2.3.3. birinci hissənin 2-ci abzasının birinci cümləsində “əlil” sözü “əlilliyi olan” sözləri ilə, “fiziki və əqli çatışmazlıq dərəcəsinə” sözləri “əlilliyinə” sözü ilə, “fiziki və əqli şikəstliyi” sözləri “fiziki və əqli çatışmazlığı” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 953) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və I maddədə “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2. “Əlillərin hüquqları haqqında” Konvensiya üzrə:
2.2.1. adında, 34-cü maddənin adında və 1-ci hissəsində, Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına dair Azərbaycan Respublikasının Bəyanatının adında “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin" sözləri ilə əvəz edilsin;
2.2.2. preambula üzrə:
2.2.2.1. “g)” bəndində “problemlərinin” sözü “məsələlərinin” sözü ilə əvəz edilsin;
2.2.2.2. “c)”, “i)”, “j)” (hər iki halda), “k)”, “I)”, “m)” (hər üç halda), “o)”, “p)”, “u)” (hər iki halda), “v)”, “x)” (hər iki halda) və “y)” (hər iki halda) bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.2.3. “f)” bəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə, “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.2.4. “n)” bəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, hər iki halda “şəxsi” sözü “fərdi” sözü ilə əvəz edilsin;
2.2.2.5. “q)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə, “istismar olunma ilə bağlı böyük riskə məruz qalmalarını” sözləri “istismara məruz qalma riskinin böyük olmasını” sözləri ilə əvəz edilsin;
2.2.2.6. “r)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.2.7. “t)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.2.8. “v)” bəndində “rabitədən istifadə imkanlarının” sözləri “rabitənin müyəssərliyinin” sözləri ilə əvəz edilsin;
2.2.3. 1-ci maddə üzrə:
2.2.3.1. birinci hissədə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.3.2. ikinci hissədə “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə, “qarşılıqlı təsir zamanı” sözləri “qarşılaşdığı zaman” sözləri ilə, “insanlar aiddir” sözləri “şəxslərdir” sözləri ilə əvəz edilsin;
2.2.4. 2-ci maddənin birinci hissəsi üzrə:
2.2.4.1. ikinci abzasda “mətndən, Brayl əlifbasından, toxunulmaqla duyulan ünsiyyətdən, böyük şriftdən, mümkün mültimedia vasitələrindən, eləcə də çap materiallarından, audio vasitələrdən, adi dildən" sözləri “mətnin əks etdirilməsindən, Brayl əlifbasıdan, taktil ünsiyyətdən, böyük şriftlərlə çapdan, müyəssər multimedia vasitələrindən, eləcə də çap materiallarından, audiovasitələrdən, sadələşdirilmiş dildən” sözləri ilə əvəz edilsin;
2.2.4.2. üçüncü abzasda “jest” sözü “işarət” sözü ilə əvəz edilsin;
2.2.4.3. beşinci abzasda “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, “şüurlu” sözü “ağlabatan” sözü ilə əvəz edilsin;
2.2.4.4. altıncı abzasın ikinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin və birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“universal dizayn – əşyaların, şəraitin, proqramların və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar tərəfindən istifadəyə maksimum dərəcədə yararlı dizaynı deməkdir.”;
2.2.5. 3-cü maddənin birinci hissəsinin “d)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə və “h)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.6. 4-cü maddə üzrə:
2.2.6.1. 1-ci hissədə və həmin hissənin “c)” bəndində, 4-cü hissəsinin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.6.2. 1-ci hissənin “i)” bəndində “əlillərlə” sözü “əlilliyi olan şəxslərlə” sözləri ilə əvəz edilsin;
2.2.6.3. 1-ci hissənin “b)”, “f)” və “g)” bəndləri aşağıdakı redaksiyada verilsin:
“b) əlilliyi olan şəxslərə münasibətdə qanunvericilik aktlarının qəbul olunması da daxil olmaqla, ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirləri görmək;”;
“f) bu Konvensiyanın 2-ci maddəsində müəyyənləşdirildiyi kimi, əlilliyi olan şəxslərin xüsusi ehtiyaclarını qarşılamaq üçün mümkün qədər minimum adaptasiya və ən az xərc tələb edən universal dizayn edilmiş malların, xidmətlərin, avadanlıqların və obyektlərin tədqiqatı və inkişafını həyata keçirmək və həvəsləndirmək, müyəssərliyinə və istifadəsinə kömək etmək, habelə standartların və təlimatların hazırlanmasında universal dizaynın tətbiqini təşviq etmək;”;
“g) sərfəli qiymətə üstünlük verməklə əlilliyi olan şəxslər üçün uyğun olan texnologiyaların, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının, hərəkəti asanlaşdıran vasitələrin, qurğuların və köməkçi texnologiyaların müyəssərliyini və istifadəsini, eləcə də araşdırılmasını və inkişaf etdirilməsini həyata keçirmək və buna həvəsləndirmək;”;
2.2.6.4. 1-ci hissənin “h)” bəndindən “sürətli” sözü çıxarılsın və həmin bənddə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.6.5. 3-cü hissədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə, “əlil” sözü “əlilliyi olan” sözləri ilə, “əlillərlə sıx məsləhətləşir və onları təmsil edən təşkilatlar vasitəsilə onları fəal” sözləri “əlilliyi olan şəxslərlə məsləhətləşmələr aparır və onları təmsil edən təşkilatlar vasitəsilə onları bu işə fəal şəkildə” sözləri ilə əvəz edilsin;
2.2.7. 5-ci maddə üzrə:
2.2.7.1. 2-ci hissədə “əlillik əlaməti üzrə” sözləri “əlilliyin müəyyən edilməsi ilə bağlı” sözləri ilə, “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.7.2. 4-cü hissədə “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri əvəz edilsin;
2.2.8. 6-cı maddə üzrə:
2.2.8.1. adında “Əlil” sözü “Əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.8.2. 1-ci hissədə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.9. 7-ci maddə üzrə:
2.2.9.1. adında və 2-ci hissədə “Əlil ” sözü “Əlilliyi olan” sözləri əvəz edilsin;
2.2.9.2. 1-ci və 3-cü hissələrdə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.10. 8-ci maddə üzrə:
2.2.10.1. adında “Maarifləndirici-tərbiyəvi iş” sözləri “maarifləndirmə” sözü ilə əvəz edilsin;
2.2.10.2. 1-ci hissənin “a)” və “c)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.10.3. 1-ci hissənin “b)” bəndində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.10.4. 2-ci hissənin “i)”, “iii)” və “b)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.10.5. 2-ci hissənin “ii)” bəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.10.6. 2-ci hissənin “c)” bəndində “əlilləri” sözü “əlilliyi olan şəxsləri” sözləri ilə əvəz edilsin;
2.2.10.7. 2-ci hissənin “d)” bəndində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə, “tərbiyəvi-tanışlıq” sözləri “maarifləndirmə” sözü ilə əvəz edilsin;
2.2.11. 9-cu maddə üzrə:
2.2.11.1. adında “İstifadə imkanları” sözləri “Müyəssərlik” sözü ilə əvəz edilsin;
2.2.11.2. 1-ci hissəsinin birinci cümləsində “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə, “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.11.3. 1-ci hissəsinin ikinci cümləsində “Bu imkanlardan istifadəyə” sözləri “Müyəssərliyə” sözü ilə əvəz edilsin;
2.2.11.4. 2-ci hissənin “b)”, “c)”, “f)” və “g)” bəndlərində “əlillərin” sözü “əlilliyi” olan şəxslərin sözləri ilə əvəz edilsin;
2.2.11.5. 2-ci hissənin “e)” bəndində “obyektləri onlardan istifadə edilməsi imkanını” sözləri “müyəssərliyi” sözü ilə, “lal-kar tərcüməçilərinin” sözləri “surdo tərcüməçilərin” sözləri ilə əvəz edilsin;
2.2.12. 10-cu maddədə, 14-cü maddənin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində, 15-ci maddənin 2-ci hissəsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.13. 11-ci maddə üzrə:
2.2.13.1. adı aşağıdakı redaksiyada verilsin:
“Riskli vəziyyətlər və fövqəladə humanitar hallar”;
2.2.13.2. mətnində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.14. 12-ci maddə üzrə:
2.2.14.1. 1-ci hissədə “əlilin” sözü “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilsin;
2.2.14.2. 2-ci, 3-cü və 5-ci (hər iki halda) hissələrdə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.15. 13-cü maddə üzrə:
2.2.15.1. 1-ci hissədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.15.2. 2-ci hissədə “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.16. 16-cı maddə üzrə:
2.2.16.1. 1-ci hissədə və 4-cü hissənin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.16.2. 2-ci hissənin birinci cümləsində (hər iki halda), 3-cü və 5-ci hissələrdə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.16.3. 4-cü hissəsinin birinci cümləsində “koqnitiv” sözü “əqli” sözü ilə əvəz edilsin;
2.2.17. 17-ci maddə üzrə:
2.2.17.1. adında “bütövlüyün” sözü “toxunulmazlığın” sözü ilə əvəz edilsin;
2.2.17.2. mətnində “əlil” sözü “əlilliyi olan şəxs” sözü ilə, “bütövlüyünə” sözü “toxunulmazlığına” sözü ilə əvəz edilsin;
2.2.18. 18-ci maddə üzrə:
2.2.18.1. 1-ci hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.18.2. 2-ci hissədə “Əlil” sözü “Əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.19. 19-cu maddə üzrə:
2.2.19.1. 1-ci hissənin birinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “variantı” sözü “imkanı” sözü ilə əvəz edilsin;
2.2.19.2. 1-ci hissənin “c)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.19.3. 1-ci hissənin “a)” bəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.19.4. 1-ci hissənin “b)” bəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, “yerli icmadan” sözləri “cəmiyyətdən” sözü ilə əvəz edilsin və həmin bənddən “yerli icmanın bazasında” sözləri çıxarılsın;
2.2.20. 20-ci maddə üzrə:
2.2.20.1. adında “etmək imkanı” sözləri “etmə” sözü ilə əvəz edilsin;
2.2.20.2. birinci hissənin birinci abzasında və həmin hissənin “a)”, “b)” və “d)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.20.3. birinci hissənin “c)” bəndi aşağıdakı redaksiyada verilsin:
“c) əlilliyi olan şəxslərə və onlarla işləyən ixtisaslaşmış heyətə hərəkət bacarıqları barədə təlimlərin keçirilməsi;”;
2.2.21. 21-ci maddə üzrə:
2.2.21.1. adı aşağıdakı redaksiyada verilsin:
“İfadə və fikir azadlığı və informasiyaya çıxış”;
2.2.21.2. birinci hissənin birinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin sözləri ilə, “etiqadlarını” sözü “əqidələrini” sözü ilə əvəz edilsin;
2.2.21.3. birinci hissənin “a)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.21.4. birinci hissənin “b)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “jest dillərinin” sözləri “işarət dillərinin” sözləri ilə, “mümkün üsullarının” sözləri “müyəssər” sözləri ilə əvəz edilsin;
2.2.21.5. birinci hissənin “c)” bəndində “əlillər üçün məqbul və yararlı” sözləri “əlilliyi olan şəxslər üçün müyəssər və münasib” sözləri ilə əvəz edilsin;
2.2.21.6. birinci hissənin “d)” bəndində “əlillər üçün yararlı” sözləri “əlilliyi olan şəxslər üçün müyəssər” sözləri ilə əvəz edilsin;
2.2.21.7. birinci hissənin “e)” bəndində “jest” sözü “işarət” sözü ilə əvəz edilsin;
2.2.22. 22-ci maddə üzrə:
2.2.22.1. 1-ci hissənin birinci cümləsində “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə, “qəsd olunmasına” sözləri “müdaxiləyə” sözü ilə, ikinci cümləsində “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözləri ilə, “qəsd” sözü “müdaxilə” sözü ilə əvəz edilsin;
2.2.22.2. 2-ci hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.23. 23-cü maddə üzrə:
2.2.23.1. 1-ci hissədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.23.2. 1-ci hissənin “a)” və “b)” bəndlərində, 2-ci hissənin birinci və ikinci cümlələrində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.23.3. 1-ci hissənin “c)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.23.4. 3-cü hissəsinin birinci cümləsində “əlil” sözü “əlilliyi olan” sözləri ilə, ikinci cümləsində hər iki halda “əlil” sözü “əlilliyi olan” sözləri ilə, “baxmaqdan yayınmağa” sözləri “qarşı laqeydlik” sözləri ilə, “lap əvvəldən” sözləri “erkən” sözü ilə əvəz edilsin;
2.2.23.5. 4-cü hissəsinin birinci cümləsində “əlil” sözü “əlilliyi olan” sözləri ilə, ikinci cümləsində “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;
2.2.23.6. 5-ci hissədə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.24. 24-cü maddə üzrə:
2.2.24.1. 1-ci hissənin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, ikinci cümləsində “əlilin” sözü “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilsin;
2.2.24.2. 1-ci hissənin “b)” bəndində və 5-ci hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.24.3. 1-ci hissənin “c)” bəndində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.24.4. 2-ci hissənin “a)”, “b)” və “d)” bəndlərində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.24.5. 2-ci hissənin “e)” bəndi aşağıdakı redaksiyada verilsin:
“e) tam inklüzivliyi təmin etmək məqsədilə akademik və sosial inkişafı maksimum dərəcədə artıran mühitdə səmərəli fərdi dəstək tədbirlərini təmin etsinlər.”;
2.2.24.6. 3-cü hissənin birinci cümləsində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.24.7. 3-cü hissənin “b)” bəndində “jest” sözü “işarət” sözü ilə, “karların” sözü “eşitmə qabiliyyəti tam məhdud şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.24.8. 3-cü hissənin “c)” bəndi aşağıdakı redaksiyada verilsin:
“c) görmə, eşitmə və eşitmə-görmə qabiliyyətləri tam məhdud şəxslərin, xüsusilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsilinin onlar üçün ən uyğun dil, metod və ünsiyyət üsulları ilə akademik və sosial inkişafı maksimum dərəcədə artıran mühitdə həyata keçirilməsini təmin edirlər;”;
2.2.24.9. 4-cü hissənin birinci cümləsində “jest” sözü “işarət” sözü ilə, “əlil” sözü “əlilliyi olan” sözləri ilə, ikinci cümləsində “tədris, əlillik problemi baxımından təhsil prosesini əhatə edərək, əlillərə yardımın göstərilməsi istiqamətində gücləndirici alternativ metodlardan,” sözləri “təlim, əlilliyi olan şəxslərə dəstək göstərilməsi istiqamətində əlilliklə bağlı məlumatlılığı və ünsiyyətin müvafiq gücləndirici və alternativ metod,” sözləri ilə əvəz edilsin;
2.2.24.10. 5-ci hissənin birinci cümləsində “birlikdə” sözü “bərabər səviyyədə” sözləri ilə, ikinci cümləsində “əlillərə lazımi vəsaitlərin təqdim olunması qayğısına da qalırlar” sözləri “əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşmanı təmin edirlər.” sözləri ilə əvəz edilsin;
2.2.25. 25-ci maddə üzrə:
2.2.25.1. birinci hissənin birinci və ikinci cümlələrində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.25.2. birinci hissənin “a)”, “b)” bəndlərində və “e)” bəndinin birinci cümləsində “əlillərə” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.25.3. birinci hissənin “d)” bəndində “əlillərə” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə, “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.26. 26-cı maddə üzrə:
2.2.26.1. 1-ci hissənin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillərə” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.26.2. 1-ci hissənin “b)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.26.3. 3-cü hissədə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.27. 27-ci maddə üzrə:
2.2.27.1. 1-ci hissənin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə, “əlilin” sözü “əlilliyi olan şəxsin” sözləri ilə, “əməyi ilə” sözləri “işlə” sözü ilə, ikinci cümləsində “həmçinin əmək fəaliyyəti zamanı istehsalat zədəsi almış əlillər də daxil olmaqla, zəruri tədbirlərin, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, tədbirlərin görülməsi vasitəsilə əmək hüququnun həyata keçirilməsini aşağıda göstərilən məqsədlər üçün təmin edir və həvəsləndirirlər” sözləri “qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq addımları ataraq, istehsalat zədəsi almış şəxslərin hüququ da daxil olmaqla, əmək hüququnun həyata keçirilməsini təmin və təşviq edirlər, bu məqsədlə onlar” sözləri ilə əvəz edilsin;
2.2.27.2. 1-ci hissənin “b)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “sataşma” sözü “qısnama” sözü ilə əvəz edilsin;
2.2.27.3. 1-ci hissənin “c)”, “e)”, “g)” və “h)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.27.4. 1-ci hissənin “d)” bəndində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.27.5. 1-ci hissənin “j)” və “k)” bəndlərində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.27.6. 1-ci hissənin “i)” bəndi aşağıdakı redaksiyada verilsin:
“i) iş yerində əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşmanın həyata keçirilməsinin təmin edilməsi;”;
2.2.27.7. 2-ci hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.28. 28-ci maddə üzrə:
2.2.28.1. 1-ci hissədə, 2-ci hissənin birinci abzasında, “a)”, “b)”, “d)” və “e)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.28.2. 1-ci hissənin “c)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlilliklə” sözü “əlilliyin müəyyən edilməsi ilə” sözləri ilə əvəz edilsin;
2.2.29. 29-cu maddə üzrə:
2.2.29.1. birinci hissənin 1-ci abzasında və həmin hissənin “a)” bəndində “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.29.2. 1-ci hissənin “ii)” (birinci halda), “iii)” və “b)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.29.3. 1-ci hissənin “ii)” bəndində (ikinci halda) “əlilləri” sözü “əlilliyi olan şəxsləri” sözləri ilə əvəz edilsin;
2.2.30. 30-cu maddə üzrə:
2.2.30.1. 1-ci hissənin birinci abzasında “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.30.2. 1-ci hissənin “a)” və “b)” bəndlərində “münasib” sözü “müyəssər” sözü ilə əvəz edilsin;
2.2.30.3. 2-ci hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.30.4. 3-cü hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.30.5. 4-cü hissədə “Əlillərin, jest dilləri və karların” sözləri “Əlilliyi olan şəxslərin, işarət dilləri və eşitmə qabiliyyəti tam məhdud olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.30.6. 5-ci hissənin birinci abzasında “Əlillərə” sözü “Əlilliyi olan şəxslərə” sözləri ilə, “a)”, “c)” və “e)” bəndlərində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.30.7. 5-ci hissənin “b)” bəndində “əlillərə xüsusilə əlillər üçün” sözləri “əlilliyi olan şəxslərə xüsusilə onlar üçün” sözləri ilə əvəz edilsin;
2.2.30.8. 5-ci hissənin “d)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
2.2.31. 31-ci maddə üzrə:
2.2.31.1. 1-ci hissəsinin “a)” bəndində və 2-ci hissədə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
2.2.31.2. 3-cü hissədə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.32. 32-ci maddənin 1-ci hissəsində “əlil” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə, həmin hissənin “a)” bəndində “əlilləri əhatə etməsinin və onlar üçün müyəssər olmasının” sözləri “əlilliyi olan şəxslərə inklüzivliyinin və müyəssərliyinin” sözləri ilə əvəz edilsin;
2.2.33. 33-cü maddənin 3-cü hissəsində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;
2.2.34. 34-cü maddənin 4-cü hissəsində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 954) adında və I maddəsində “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokolunun adında, 1-ci maddəsinin 1-ci hissəsində, “Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının Fakültativ Protokoluna dair Azərbaycan Respublikasının Bəyanatı”nın adında ismin müvafiq hallarında “Əlillər” sözü ismin müvafiq hallarında “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1400) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adında və ikinci abzasda “kor, görmə qüsurlu” sözləri “görmə qabiliyyəti tam məhdud, görmə pozuntusu” sözləri ilə əvəz edilsin;
4.2. “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi” üzrə:
4.2.1. adında, preambulanın üçüncü – beşinci, altıncı (hər iki halda), yeddinci – doqquzuncu və on birinci abzaslarında “görmə qüsurlu” sözləri “görmə pozuntusu” sözləri ilə, ikinci abzasında “Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
4.2.2. 2-ci maddənin “b)” bəndində “görmə qüsuru” sözləri “görmə pozuntusu” sözləri ilə əvəz edilsin;
4.2.3. 3-cü maddənin “a)” bəndində “kordur” sözü “görmə qabiliyyəti tam məhduddur” sözləri ilə, “b)” bəndində “görmə qüsuru və ya qavrama və ya oxuma əlilliyi” sözləri “görmə pozuntusu və ya qavrama və ya oxuma məhdudiyyətləri” sözləri ilə, hər iki halda “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilsin;
4.3. “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə dair Azərbaycan Respublikasının bəyanatlarının birinci və ikinci abzaslarında “kor” sözü “görmə qabiliyyəti tam məhdud” sözləri ilə, “görmə qüsurlu” sözləri “görmə pozuntusu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2022-ci il
PDF yükləyin
27 noyabr 2024, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:33Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının...
25 noyabr 2024, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli...
25 noyabr 2024, 14:32PDF yükləyin
25 noyabr 2024, 14:02Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...
25 noyabr 2024, 14:00Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan...
25 noyabr 2024, 11:50