“Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

26 oktyabr 2022, 16:24

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2022-ci il