01 oktyabr 2022, 15:39

Rauf Aslanovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalçılardan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Şuşa istiqamətində gedən döyüşlərdə yaralanmışam. Yaralarım sağalar-sağalmaz yenidən öz istəyimlə döyüşlərə qatılmışam, Sizin tərəfinizdən medallarla təltif olunmuşam.

Cənab Prezident, Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik və bu, bizi daha da ruhlandırır, gələcəyə inamımızı daha da artırır. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Aslanov Rauf Tahir oğlu

Azərbaycan Respublikası, Yevlax rayonu.