01 oktyabr 2022, 14:11

Ramin İbrahimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim məhkəməyə təqdim etdiyim iddia ərizəsi hazırda icraatdadır. Bu təşəkkür məktubunu yazmağı bir vətəndaş olaraq, özümə borc bildim. Belə ki, ərizəmə baxılan tarixdən hakim qanunun aliliyini qoruyaraq, ailəmizə məmnunluq bəxş etmişdir. Belə hakimlərin püxtələşməsində, ümumilikdə ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunmasında Sizin zəhmətiniz böyükdür. Ölkəmizdə ədalətli hakimlər və hüquqşünaslar nə qədər çox olarsa, o qədər də hüquqlarımız qorunar və pozulmaz. Son illər biz bu istiqamətdə müsbət meyillərin şahidiyik. Azərbaycan hüquqi dövlət kimi inkişaf yolunda inamla irəliləyir.

Odur ki, Sizə dərin təşəkkürümü bildirir, işlərinizdə yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Uca Allah Sizi qorusun.

Hörmətlə,

Ramin İbrahimov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.