01 oktyabr 2022, 13:20

Rauf Abbasovdan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin tərəfinizdən verilmiş Sərəncama əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı tədbirlərin nəzərdə tutulması və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli" elan edilməsi ailəmizdə çox xoş təəssürat yaratdı. Buna görə Sizə minnətdaram.

Ulu öndər Heydər Əliyev öz xalqının əmin-amanlığı, firavanlığı üçün misilsiz işlər görmüş, bugünkü uğurlarımızın təməlini qoymuşdur. Davamlı tərəqqi yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin şah əsəri olmaqla yanaşı, həm də onun həyat fəlsəfəsinin təntənəsidir. Ona görə də Azərbaycan xalqı hər zaman öz Ulu Öndərini ehtiramla anır, ruhunu əziz tutur. 2023-cü ilin bu baxımdan xüsusilə səciyyəvi olacağına əminik.

Xalqımızın ümummilli dəyərlərinə olan yüksək ehtiramınıza görə Sizə bir daha təşəkkürümü bildirirəm, cənab Prezident.

Hörmətlə,

Rauf Abbasov

Azərbaycan Respublikası, Gəncə şəhəri.