01 oktyabr 2022, 11:12

Anar Azadovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazandığımız əzmkar Qələbə hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmiş, dillər əzbəri olmuşdur. İşğaldan azad olunmuş ərazilərimizə Müzəffər Ali Baş Komandan kimi səfərlərinizi bir qarabağlı kimi böyük sevinclə izləyirəm.

Cənab Prezident, Sizin Mehriban xanımla birlikdə sentyabrın 27-də - Anım Günündə Füzuli rayonuna səfəriniz zamanı cəbhənin ilk yarıldığı, düşmənin “keçilməz” hesab etdiyi xəttin üzərində ucaldılmış xatirə lövhəsini ziyarət etməyiniz və oradakı çıxışınız bizdə böyük qürur hissi yaratdı. Verdiyiniz mesajlardan düşmən dərs götürməlidir, əks halda “Dəmir yumruğun” yerində olduğunu bir daha görəcəkdir.

Sizi əmin edirik ki, hər zaman ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində duracağıq.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Azadov Anar Mirzə oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədbəyli kəndi.