30 sentyabr 2022, 18:40

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamınız məni çox sevindirdi.

Azərbaycan tarixinin müdrik və dahi insanı olan Ümummilli Liderimiz Azərbaycanın inkişafı və güclənməsi naminə çox böyük əmək sərf etmiş, tarixdə silinməz iz qoymuşdur. Ulu Öndər xalqımızın qəlbində əbədiyaşarlıq haqqı qazanmışdır. Qərinələr, əsrlər keçsə də onun xalq üçün etdikləri heç zaman unudulmayacaqdır.

Cənab Prezident, Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar, onun əziz xatirəsinə böyük ehtiramın təcəssümü kimi, 2023-cü ili ölkəmizdə “Heydər Əliyev İli” elan etdiyiniz üçün bir vətəndaş olaraq, Sizə minnətdaram.

Hörmətlə,

Vüsal Hüseynov

Azərbaycan Respublikası, Göyçay şəhəri.