30 sentyabr 2022, 17:01

Validə Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən şəhid Hüseynov Nazimin həyat yoldaşıyam. O, Vətən müharibəsində Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Sizin göstəriş və tapşırıqlarınız sayəsində biz şəhid ailələri daim diqqət mərkəzindəyik. Bu kateqoriyadan olan ailələr aylıq təqaüd və müavinətlərlə təmin olunur, onların sosial ödənişləri mütəmadi artırılır. Şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan üstünlüklər, ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan şəhid övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar onların firavan yaşamaları üçün dövlətimizin atdığı ən önəmli addımlardandır.

Əziz Prezidentimiz, bu yaxınlarda ailəmizin mənzillə təmin olunması bizə böyük sevinc hissi yaşatdı. Bu, Sizin diqqət və qayğınızın təzahürüdür. Şəhid ailələrinə və qazilərimizə bu cür qayğıkeş münasibətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Hüseynova Validə Kərəm qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.