30 sentyabr 2022, 13:07

Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən bu məktubu Sizə bir hərbi hazırlıq müəllimi və bir qarabağlı kimi yazıram. Sentyabrın 27-də mən Ağcabədi Şəhidlər xiyabanını ziyarət edəndə həm kövrəldim, həm də qürurlandım. Nə yaxşı ki, Allah Sizin kimi Müzəffər Ali Baş Komandanı və Vətən uğrunda gözünü qırpmadan canını fəda edən qəhrəman şəhidlərimizi yaratmışdır. Bu torpaqlar Sizin və qəhrəman igidlərin 30 illik həsrətinə son qoyduğu yurddur.

Cənab Prezident, Tanrı Sizi qorusun, şəhidlərimizə rəhmət eləsin.

Qaraxanlı kənd tam orta məktəbin müəllim kollektivi adından hörmətlə,

Ələkbərov Nəsimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.