26 sentyabr 2022, 10:11

Arzu Mirzəyevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

İsmayıllı rayonunun Sumağallı kəndi Azərbaycan dövlətinin və Sizin böyük qayğınızla əhatə olunmuş bir kənddir.

Son 8 ildə kəndimizdə 20-dən artıq dövlət və QHT layihələri həyata keçirilmişdir. Lakin bütün kənd ictimaiyyətini ən çox sevindirən Sizin sərəncamınızla kəndimizdə tikilən yeni məktəb binası oldu.

Bizim üçün bundan böyük hədiyyə ola bilməzdi.

Cənab Prezident, bütün kənd sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə,

Mirzəyeva Arzu Mirzalı qızı

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Sumağallı kəndi