24 sentyabr 2022, 13:13
Nail Şəfizadədən, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Otuz ilə yaxın düşmən işğalı altında qalmış torpaqlarımız Sizin yürütdüyünüz uğurlu siyasət və qalib Ordumuzun şücaəti ilə öz azadlığına qovuşdu. 44 günlük Vətən müharibəsi iştirakçısı olaraq demək istəyirəm ki, biz Azərbaycan gəncləri daim Sizin arxanızdayıq.
Sizin doğma Vətənimiz naminə fədakarlığınız, yorulmadan çalışmağınız biz gənclər üçün nümunədir. Müharibə iştirakçısı kimi deyə bilərəm ki, bu amil əsgərlərimizin döyüş ruhuna da müsbət təsir göstərir.
Tanrı Sizin kölgənizi başımızın üzərindən əskik etməsin, uzun illər ölkəmizə rəhbərlik edəsiniz.
Hörmətlə,
Şəfizadə Nail Atamoğlan oğlu
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.