24 sentyabr 2022, 14:50
Gülnarə Orucovadan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Ali Baş Komandanlığınızla şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dillərdə dastana çevrilmişdir. İşğal altında olan əbədi torpaqlarımızın azad edilməsi xalqımızı hədsiz sevindirmiş, neçə illərdir inləyən qəlbimizə, qaysaq bağlayan yaramıza məlhəm olmuşdur. Vətən həsrəti çox acı olsa da, onun azadlıq sevinci ondan üstün oldu.
Əziz Prezidentimiz, Sizi səmimi qəlbdən dəstəkləyir, Vətənimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə atılan bütün addımlarınızı alqışlayıram. Sizin sayənizdə Azərbaycanın hələ çox zirvələr fəth edəcəyinə, öz qələbələrini sıralayacağına inanıram.
Hörmətlə,
Orucova Gülnarə Nizami qızı
Azərbaycan Respublikası, Abşeron rayon, Saray qəsəbəsi.